Unit 8.2
Zərflə Sifətin Üstünlük Dərəcəsi
Advertising
Introduction
Sifətlər/Zərflərin üstünlük dərəcəsi [superlative adjectives/adverbs] müəyyən bir keyfiyyətin ən yüksək səviyyəsinə sahib olan bir şeyin, şəxsin və ya hərəkətin üstünlüyünü ifadə edərək əşyalar, insanlar və ya hərəkətlər arasında müqayisə [comparison] aparmaq üçün istifadə olunur.
Form
Üstünlük dərəcəsi sifətlərdən və ya zərflərdən istifadə etməklə düzələ bilər. Təyinedici olan the bir şeyin digər şeylərdən üstün olduğunu göstərmək üçün sifət/zərfdən əvvəl gəlir.
Cümlənin quruluşu belədir:
Mübtəda + fel + üstünlük dərəcəli sifət/zərf + isim/sifət + …
Sifət/zərfin üstünlük dərəcəsi heca sayından və şəkilçisindən asılı olaraq fərqli şəkildə əldə edilir.
Birhecalı:
- Sifət/zərf: –est artırılır (clean ⇒ cleanest);
- –e sonluqlu sifət/zərf: -st artırılır (simple ⇒ simplest);
- Bir sait və bir samitlə bitən sifət/zərf: son samit təkrarlanır və -est artırılır (big ⇒ biggest).
İkihecalı (-y sonluğu ilə):
-
- Sonu -y ilə bitən sifət/zərflərdə -y əvəzinə –i artırılır və –est əlavə edilir(friendly ⇒ the friendliest).
İkihecalı (sonu -y olmayan) və çoxhecalı:
- Sonu -y ilə bitməyən sifət/zərflərdən əvvəl the most artırılır: the most + sifət/zərf (dəyişmədən) (beautiful ⇒ the most beautiful).
The most artırdıqda sifət/zərfin forması eyni qalır.
Example
Birhecalı
- I have the cleanest room in the house.
- She has the oldest shop along the street.
- They tried their hardest to buy an apartment.
İkihecalı (-y sonluğu ilə)
- You are the funniest woman alive.
- She is the friendliest girl I’ve ever met.
- We wake up the earliest to take shower.
İkihecalı (sonu -y olmayan) və çoxhecalı
- I think that tennis is the most boring sport.
- ‘War and Peace’ is the most difficult Russian book to read.
- Far east countries’ languages are the most popular to learn.
Use
Bir şeyin, şəxsin və ya hərəkətin başqalarına görə müəyyən bir cəhətdən üstünlüyünü ifadə etmək istədikdə sifətlər/ zərflərin üstünlük dərəcəsindən istifadə edirik.
Summary
Müəyyən bir keyfiyyətin ən yüksək səviyyəsinə sahib olanın üstünlüyünü ifadə edərək şeylər, insanlar və ya hərəkətlər arasında bir müqayisə etdikdə sifətlər/ zərflərin üstünlük dərəcəsindən [superlative adjectives/adverbs] istifadə edirik.
Sifətlər/zərflərin üstünlük dərəcəsindən [superlative adjectives/adverbs] istifadə edərək bir müqayisə etdikdə cümlə mübtəda ilə başlayır, daha sonra the, üstünlük dərəcəli sifət və ya zərf, ən sonda isim və ya sifət gəlir.
Onların forması hecaların sayına və sifətin/zərfin sonluğuna görə fərqlənir.
Məsələn:
Birhecalı
— Sözün sonuna -est artırılır: “Tall” ⇒ “Claire is the tallest girl in the class.”
— Sonu -e ilə bitən sözlərə -st artırılır:: “Nice” ⇒ “Anne is the nicest girl I know.”
— Bir sait + bir samitli sözlərdə samit təkrarlanır və -est artırılır: “Thin” ⇒ “Karl is the thinnest.”
İkihecalı
— Sonu -y ilə bitən sifət/zərflərdə -y əvəzinə –i artırılır və –est əlavə edilir: “Hungry“ ⇒ “Claire is the hungriest girl in the class.”
İki və ya çoxhecalı
— (-y ilə bitməyən sözlərdə) sifət/zərfdən əvvəl most sözü artırılır: “Tired” ⇒ “Claire is the most tired girl in the class.”
{Form} bölməsinə baxaraq mövzunun bu kontekstdə necə istifadə edildiyini görə bilərsiniz. {Example} bölməsində mövzu ilə bağlı nümunələr tapa bilərsiniz.
Exercises
Ambassadors
Open TextBooks are collaborative projects, with people from all over the world bringing their skills and interests to join in the compilation and dissemination of knowledge to everyone and everywhere.
Become an Ambassador and write your textbooks.
Online Teaching
Become a Books4Languages Online tutor & teacher.
More information here about how to be a tutor.